AZ

"Ölürəm evlənməkdən ötrü"

Aşıq Namiq Fərhadoğlu səmimi etirafı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi ailə qurmaq istədiyini açıq şəkildə dilə gətirib və gələcək həyat yoldaşı ilə bağlı düşüncələrini bölüşüb.

O, açıqlamasında geyim məsələsinə də toxunaraq bunun onun üçün vacib məqamlardan biri olduğunu bildirib:

"Geyimi ən vacib yerində olsun. Çünki bu gün mən namaz əhliyəm. İstəyirəm yox, ölürəm ailə qurmaq üçün. Ailə qədri bilən, abırlı, ismətli xanım olmalıdır. Quranı öz dilimizdə oxuyuram. Təklik Allaha məxsusdur, heç kəs tək qalmamalıdır. Hicablı xanım olsa daha yaxşı, baş ucalığıdır. Ancaq fərq qoymuram".

Sənətçinin bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər onun ailə ilə bağlı fikirlərini səmimi və açıq hesab ediblər.

Musa
Milli.Az

Seçilən
4
1
milli.az

2Mənbələr