Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu fevralın 17-18-də Cenevrədə keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkə liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Danışıqların növbəti raundu fevralın 17-18-də Cenevrədə Rusiya-ABŞ-Ukrayna üçtərəfli formatında keçiriləcək", - Kremlin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.