AZ

Rəsmi Tehran: Əgər danışıqlar real və... Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik

ain.az, Mia.az portalına istinadən məlumat verir.

İran Müdafiə Şurasının baş katibi və İran lideri Əli Xameneinin müşaviri Əli Şəmxani Omanda İran-ABŞ danışıqlarının növbəti mərhələsi barədə açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o,  Qətərini "Əl-Cəzirə" xəbər kanalına açıqlamasında ABŞ-ın regionun təhlükəsizliyi və sabitliyini pozacaq addımlardan çəkinməyə çağırıb.

Şamxani deyib ki, ABŞ real vəziyyətə uyğun, həmçinin hədsiz tələblər irəli sürməsə, danışıqlar uğurla davam etdiriləcək: "Bu, əslində, bütün tərəflərin maraqlarına cavab verəcək".

Şamxaninin sözlərinə görə, İran gərginliyin azaldılması üçün diplomatik səyləri artırıb: "Bununla belə, mümkün müharibəyə hazırıq. Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik. Səhv hesablamaların cavabı çox aır olacaq".

Tahir Şəlvəli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
mia.az

1Mənbələr