ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Son günlər mediada “Yeni tunel tıxacları azaldacaq” və “Alternativ yol tıxaclara son qoyacaq” kimi başlıqlar geniş yayılıb. Lakin şəhərsalma üzrə mütəxəssislər bu məsələyə daha ehtiyatlı yanaşmağın vacibliyini vurğulayırlar.
Avtosfer.az xəbər verir ki, urbanistika mövzusunda paylaşımlar edən “İnsan yönümlü şəhərlər” platformasında qeyd olunur ki, yeni yol və tunellərin tikintisi müəyyən istiqamətlər üzrə nəqliyyat yükünü müvəqqəti azalda bilər. Xüsusilə şəhər mərkəzindən yan keçən dairəvi və alternativ marşrutlar konkret ərazilərdə sıxlığı qismən aşağı sala bilər.
Lakin mütəxəssislər bildirirlər ki, bu, bütövlükdə Bakının tıxac problemindən tam xilas olacağı anlamına gəlmir. Onların sözlərinə görə, nəqliyyat planlaşdırılmasında uzun illərdir sübut olunmuş bir prinsip mövcuddur: “Əlavə yol – əlavə avtomobil” effekti. Yəni yol infrastrukturu genişləndirildikcə avtomobildən istifadə daha rahat və cəlbedici görünür, nəticədə daha çox insan şəxsi nəqliyyata üstünlük verir və bir müddət sonra sıxlıq yenidən əvvəlki səviyyəyə qayıdır.
.jpg)
Bununla yanaşı, müsbət məqam kimi qeyd olunur ki, dövlət proqramları çərçivəsində ictimai nəqliyyatın inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Ekspertlər hesab edirlər ki, məhz ictimai nəqliyyatın əlçatan, sürətli və rahat olması uzunmüddətli perspektivdə tıxacların azalmasına real təsir göstərə bilər.
Beləliklə, yeni yollar müəyyən lokal rahatlıq yaratsa da problemin köklü həlli üçün kompleks yanaşma və alternativ nəqliyyat seçimlərinin genişləndirilməsi əsas şərt kimi qiymətləndirilir.
Eltac Zülfüqaroğlu
Oxunub 100
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.