AZ

Marqarita Simonyan yeni imici ilə kameralar qarşısına ÇIXDI – VİDEO

Kremlin əsas təbliğatçısı Marqarita Simonyan kimyaterapiyadan sonra ilk dəfə pariksiz görüntülənib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“RT” telekanalının baş redaktoru Marqarita Simonyan kimyaterapiya kursu səbəbindən saçlarını itirdikdən sonra ilk dəfə ictimaiyyət qarşısına pariksiz çıxıb. O, Rusiyanın Krasnodar şəhərinə səfər edib və orada təntənəli mərasimdə iştirak edib.

Tədbir zamanı Simonyana “Şəhərin fəxri sakini” adı verilib. Səhnədə çıxış edən Simonyan mükafatla bağlı təəssüratlarını bölüşərkən təsirlənib.

“Həyatımda çoxlu mükafatlar olub, lakin heç vaxt bu qədər başgicəlləndirici və zəngin hisslər toplusu yaşamamışdım”, – Simonyan bildirib.

 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
93
interpress.az

1Mənbələr