AZ

Yasamalda mənzil axtaranlara xoş xəbər: hissəli alışla faizsiz, aylıq öhdəliksiz mənzil sahibi olun

“Kristal“dan Yasamalda mənzil almaq istəyən, amma faiz və kredit yükü istəməyənlərə real fürsət!

“Park Yasamal“ layihəsində təqdim olunan “Evini hissə-hissə al” satış modeli ilə yeni mənzilinə addım-addım, imkanına uyğun şəkildə sahib ola bilərsən. Bu yanaşma kredit, faiz və aylıq öhdəlik olmadan mənzil sahibi olmaq istəyənlər üçün nəzərdə tutulub.

Modelin əsas prinsipi sadədir: alıcı seçdiyi mənzildən istədiyi qədər yaşayış sahəsi əldə edir və hər kvadratmetr onun adına rəsmi şəkildə sənədləşdirilir. İstər 1 kv.m., istər 5 kv.m., istərsə də daha çox — seçim tamamilə müştərinin büdcəsinə və planına uyğun formalaşır. Vəsait olduqca əlavə kvadratmetrlər alınaraq mənzilin sahəsi tədricən artırılır. Bu müddət ərzində heç bir faiz hesablanmır və aylıq ödəniş öhdəliyi yaranmır. Ödənilən məbləğ birbaşa real mənzil sahəsinə çevrilir.

Əldə edilən sahə satış dəyərinə paralel olaraq dəyər qazanır. Yəni əmlakın satış qiyməti yüksəldikcə sənin sahib olduğun kvadratmetrlərin də dəyəri artır. Bu isə vəsaitin inflyasiyadan qorunması deməkdir.

Seçilən
83
4
publika.az

2Mənbələr