AZ

“General Motors”, “Ford” və “Stellantis” elektromobil köpüyünün partlaması fonunda $50 mlrd. itiriblər

Bir neçə il ərzində elektromobillərə böyük investisiyalar yatırdıqdan sonra “böyük üçlük” — “General Motors”, “Ford” və “Stellantis” — ümumilikdə 50 milyard dollardan çox vəsait itirdiyini açıqlayıb, bu barədə WSJ yazır.

Nəşrin qeydinə görə, 2025-ci ilin dördüncü rübündə ABŞ-də elektromobil satışları 2025-ci ilin sentyabrında vergi güzəştinin qüvvədən düşməsindən sonra təxminən 30% azalıb. Bundan əvvəl elektromobil alanlar 7 500 dollar məbləğində vergi güzəşti əldə edə bilirdilər.

Bunun nəticəsində avtomobil konsernləri elektromobil və batareya istehsalının həcmini azaldır, bəzi zavodları ənənəvi daxiliyanma mühərrikli avtomobillərin istehsalına keçirir və bir sıra layihələri ləğv edirlər.

Ən böyük silinmələr “Stellantis”də qeydə alınıb — 26 milyard dollar. Şirkət “Jeep”, “Opel”, “Peugeot”, “Chrysler”, “Fiat” və digər brendlərə sahibdir. Şirkətin baş icraçı direktoru Antonio Filosa bildirib ki, “Stellantis”də enerji keçidinin tempini həddindən artıq qiymətləndiriblər.

Bununla yanaşı, ABŞ-dən kənarda elektromobil bazarı artmaqda davam edir, WSJ vurğulayır. BYD 2025-ci ildə dünyada ən böyük elektromobil təchizatçısına çevrilərək ilk dəfə “Tesla”nı geridə qoyub. Şirkət Çin xaricində bir milyondan çox avtomobil tədarük edib ki, bu da 2024-cü illə müqayisədə iki dəfə çoxdur.

Seçilən
35
banker.az

1Mənbələr