AZ

Maykl Cekson ilk dəfə qardaşları ilə EFİRDƏ VİDEO

ain.az, Milli.az saytına istinadən bildirir.

Mərhum dünya ulduzu Maykl Ceksonun qardaşları ilə birlikdə yer aldığı arxiv görüntüləri sosial şəbəkələrdə böyük maraq doğurub.

Milli.Az xəbər verir ki, söhbət sənətçinin məşhurluğa gedən yolunun ilk illərindən bəhs edən kadrlardan gedir. Həmin görüntülərdə Mayklın qardaşları ilə birlikdə ilk dəfə efirə çıxdığı anlar əks olunub. Videoda onların səhnəyə ilk addımları, həyəcanlı və eyni zamanda enerjili çıxışları izləyicilərin diqqətini çəkib.

Qeyd edək ki, Maykl Cekson karyerasına qardaşları ilə birlikdə yaratdıqları "The Jackson 5 qrupu" ilə başlayıb. Məhz həmin dövrdə atılan addımlar sonradan onun dünya miqyasında pop musiqisinin əfsanəsinə çevrilməsində mühüm rol oynayıb.

Yayılan arxiv görüntüləri sənətçinin yaradıcılıq yolunun başlanğıc mərhələsini bir daha xatırladaraq, pərəstişkarları nostalji hisslərə qərq edib.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
news.milli.az

2Mənbələr