AZ

Ramiz Mehdiyevin YAP-dan çıxarılmasına hazırlıq başladı

Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsinə hazırlıq gedir.

Bu barədə Musavat.com-un əldə etdiyi xəbərdə deyilir ki, Dövlət Təhlükəsizlik Xidmətinin 12 fevralda yaydığı istintaq məlumatında Mehdiyevin cinayətinin sübuta yetirilməsi hakim partiyanın onun barəsində qəti addım atmasını şərtləndirir.

Qeyd edək ki, Ramiz Mehdiyev barəsində cinayət işinin açılması və ev dustaqlığı olmaqla həbs qərarı çıxarılmasından 4 aydan artıq vaxt keçsə də indiyə qədər o, YAP-ın üzvü və partiyanın Ağsaqqallar Şurasının üzvü olaraq qalmaqdadır.

Eyni zamanda Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının da üzvüdür.
Məsələ ilə bağlı Musavat.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının deputatı Elman Nəsirov deyib ki, artıq Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının sıralarında saxlanması mümkünsüzdür:

“Onun partiya sıralarından və Veteranlar Şurasının üzvlüyündən çıxarılması qaçılmazdır. Eyni zamanda dolayısı yollarla, qaranlıq məqamlar sayəsində əldə etdiyi akademik elmi adından Ramiz Mehdiyev məhrum edilməlidir”.

Seçilən
15
1
editor.az

2Mənbələr