AZ

İraq türkmanlarinın Azərbaycanla ictimai əlaqələri üzrə Koordinasiya Şurası təsis edilib

ain.az, Azpost portalına istinadən məlumat verir.

Dünən Bağdadın Əl-Müstənsəriyyə Universitetində keçirilən təsis tədbirində Bağdad Universitetinin professoru, səfir Dr. Mahmud Çayırlı, İraq türkmanlarının Azərbaycanla ictimai əlaqələri üzrə Koordinasiya Şurasının yaradıldığını elan edib. Natiq qeyd edib ki, Şura tarixi köklərlə Azərbaycana çoxsaylı bağları olan İraq türkmanları və Azərbaycan arasında ictimai, mədəni və mənəvi əlaqələrin gücləndirilməsinə xidmət edəcəkdir.

Tədbirdə çıxış edən natiqlər azərbaycanlı qardaş və bacılarının son illərdə qardaş toplumun tarixi irsinin araşdırılması, türkman kimliyi və dilinin qorunması və inkişafı istiqamətində İraq türkmanlarına çoxsaylı dəstək göstərdiklərini vurğulayıblar. Onlar iraqlı tələbələrə, o cümlədən İraq türkman gənclərinə Azərbaycanın ali təhsil müəssisələrində “Heydər Əliyev qrantı əsasında” yüksək səviyyəli təhsil almaq imkanına görə, Azərbaycan dövlətinə öz təşəkkürlərini bildiriblər. Eyni zamanda  Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) dəstəyi ilə aparılmış uzunmüddətli araşdırma nəticəsində 2 kitabın nəşri, onlarla ictimai, mədəni və akademik tədbirlərin təşkili, həmçinin idman, mədəniyyət, tarix və müxtəlif yönlü elmi tədqiqatlar sahəsində keçirilmiş proqramların İraq türkmanları ilə Azərbaycan arasında tarixi bağların bərpasında oynadığı rol yüksək qiymətləndirilib.

Tədbirdə çıxış edən ABİA-nın idarə heyətinin sədri Dr. Elçin Əsgərov Azərbaycan xalqını İraq türkmanları ilə birləşdirən xüsusi tarixi və mənəvi bağlardan söz açıb, qardaş toplumun xalqımıza göstərdiyi mənəvi dayaq, o cümlədən hər il 27 sentyabr tarixində türkmanların yaşadığı şəhərlərdə Vətən müharibəsi şəhidlərinin anılması tədbirləri ilə bağlı təşəkkürünü bildirib. O, bu il ərizndə İraq türkman ziyalıları ilə bir neçə akademik və mədəni tədbirlərin planlaşdırıldığını elan edib.

Qeyd etmək lazımdır ki, İraq türkmanlarının Azərbaycanla ictimai əlaqələri üzrə Koordinasiya Şurası qeyri-hökümət və qeyri-siyasi platforma olaraq  İraqın aparıcı elmi-ictimai daiərlərini təmsil edən türkman ziyalılarını bir araya gətirib. Yaxın gələcəkdə Şuranın fəaliyyət planının təsdiq ediləcəyi, həmçinin üzvlərinin Azərbaycana səfərinin həyata keçirilməsi gözlənilir.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
azpost.info

4Mənbələr