AZ

Makron Mertsin hədəfində: Ukraynaya görə qisas alacaq

Almaniya kansleri Fridrix Merts dondurulmuş Rusiya aktivlərinin Ukraynaya köçürülməsi planının uğursuzluğuna görə Fransa prezidenti Emmanuel Makrondan qisas alacaq.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica" qəzeti məlumat yayıb.

Bildirilib ki, Merts Avropa Şurasının sədri Antonio Kostanı və Emmanuel Makronu Kiyevə 90 milyard avroluq kredit şəklində ona tələ qurmaqda günahlandırıb.

"Buna görə də onun məqsədi iki sarsılmaz məqsədə çatmaqdır: yeni avrobondların buraxılışını dayandırmaq və milli ordulara əsaslanan müdafiə sistemi yaratmaq", - nəşr qeyd edib.

"Handelsblatt" qəzeti də Mertsin və Makronun ən azı altı vacib məsələdə, o cümlədən avrobondların istifadəsi, Aİ-Merkosur müqaviləsi və Fransa səfirinin Moskvaya son səfəri ilə bağlı fikir ayrılığına malik olduğunu yazıb.

Seçilən
87
2
publika.az

3Mənbələr