AZ

Mağazada “ŞƏRAB FƏLAKƏTİ”: Sonuncu butulka minlərlə avroluq içkini MƏHV ETDİ – VİDEO

Niderlandda mağazada stellajın aşması minlərlə avroluq ziyan vurub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Niderlandda marketlərin birində şərab seçən gənc qızlar istəmədən böyük ziyana səbəb olublar. Hadisə anı kameralara anbaan düşüb.

Məlumata görə, müştərilər rəfdən sonuncu butulkanı götürərkən bərkidilməmiş stellaj tarazlığını itirərək qəfildən aşıb.

Məlum olub ki, qızların götürdüyü həmin butulka stellajın tarazlığını saxlayan sonuncu “dayaq” rolunu oynayırmış.

Stellajın böyük səs-küylə yerə aşması nəticəsində yüzlərlə içki butulkası darmadağın olub.

Mağaza əməkdaşları baş verən hadisədən şoka düşüblər. İlkin hesablamalara görə, ticarət obyektinə minlərlə avro (təxminən minlərlə manat) dəyərində maddi ziyan dəyib.

Hadisə zamanı qızlar ciddi xəsarət almasalar da, böyük qorxu yaşayıblar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr