
ABŞ, Rusiya və Ukrayna gələn həftə Mayami və ya Əbu-Dabidə üçtərəfli danışıqları bərpa etməyi planlaşdırır.
Missiya.Az xəbər verir ki, bu barədə Politico diplomatik mənbəyə istinadla məlumat yayıb.
Mənbə bildirir ki, ABŞ rəsmiləri təklif olunan görüşdə müəyyən irəliləyiş əldə ediləcəyini gözləyirlər. Lakin ərazi məsələsi tərəflər arasında hələ də əsas mübahisəli mövzu olaraq qalır.
Qeyd olunur ki, ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar əvvəlki dəfə 23-24 yanvar və 4-5 fevral tarixlərində Əbu-Dabidə baş tutub. İkinci raunddan sonra tərəflər Rusiya və Ukrayna arasında 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəliblər.
Seyranə Quliyeva
Missiya.Az