AZ

Dünya radionun sehrli gücünü qeyd edir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Fevralın 13-ü Beynəlxalq Radio Günüdür.

Oxu.Az xatırladır ki, bu gün 1946-cı ildə "BMT radiosu"nun ilk dəfə efirə çıxması ilə əlaqədar seçilib.

Ümumdünya Radio Günü bütün radio həvəskarları arasında əməkdaşlığı möhkəmlətmək və informasiyadan hamının istifadə etməsi imkanlarını artırmaq məqsədilə keçirilir.

Radioverilişlər ən müxtəlif mövzular üzrə demokratik müzakirələr üçün platforma rolunu oynayır. Radio vasitəsilə son dərəcə vacib məlumat ötürülür və mühüm mövzular geniş işıqlandırılır.

Azərbaycanda Radio Günü hər il noyabrın 6-da qeyd olunur. Bu tarixin seçilməsi isə Dövlət Radiosunun 1926-cı il noyabrın 6-da efirə çıxması ilə bağlıdır. "Diqqət, danışır Bakı" sözləri ilə yayıma başlayan Azərbaycan Radiosu Şərqdə ilk radiodur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
oxu.az

1Mənbələr