AZ

Klinton Münhenə qatarla yollandı

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransına qatılmaq üçün Berlin-Münhen sürət qatarı ilə səyahət edib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Klinton səfər zamanı Alman Dəmir Yollarında (Deutsche Bahn) baş verən texniki nasazlıqla üzləşib. Qatarın bistro vaqonunda elektrik kəsintisi yaranıb və sərnişinlərə isti içki təqdim etmək mümkün olmayıb. O, bu vəziyyəti sosial şəbəkə hesabında yumorla bölüşüb.

Paylaşımda diqqət çəkən məqam isə Klintonun keçmişdəki "e-poçt və gizli sənədlər" qalmaqalına eyham vurması olub. O bildirib ki, səfər boyu heç kim ona "dosyalar" barədə sual verməyib.

Qeyd edək ki, 62-ci Münhen Təhlükəsizlik Konfransı 13–15 fevral 2026-cı il tarixlərində keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
1
baku.ws

2Mənbələr