AZ

Qızının atasının son açıqlamasını alçaldıcı adlandırdı

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Pakistan əsilli britaniyalı müğənni Zeyn Malik keçmiş sevgilisi Cici Hadidlə bağlı açıqlama verərək onunla münasibətinin sevgidən yox, ehtriasdan irəli gəldiyini bildirib.

Axşam.az xəbər verir ki, onun bu açıqlaması supermodeli təəccübləndirib. "Mirror" nəşri Ciciyə yaxın mənbələrə istinad edərək yazıb ki, model Malikin açıqlamalarından şoka düşüb və bunu "alçaldıcı" adlandırıb.

Xatırladaq ki, Zeyn bir nüçə gün əvvəl açıqlamasında "Əvvəllər bunun sevgi olduğunu düşünürdüm, amma illər keçdikcə başa düşdüm ki, bəlkə də yanılmışam. Ola bilsin, bu, sadəcə ehtiras idi. Ya da başqa bir şey. Amma bunun həqiqi sevgi olduğuna əmin deyiləm" deyə, bildirib.

Qeyd edək ki, Zeyn Malik və Cici Hadid 2015-ci ildə münasibətə başlayıblar və sonradan bir neçə dəfə ayrılıb-barışıblar. Son ayrılıq isə 2021-ci ildə, övladları doğulduqdan bir il sonra baş verib. Buna səbəb Zeynin modelin anası ilə qalmaqallı mübahisəsi olub. 2021-ci ilin oktyabrında Yolanda Hadid xəbərdarlıq etmədən cütlüyün evinə gəlib və bu, Malikin narazılığına səbəb olub. Daha sonra Yolanda onun özünü bir neçə dəfə vurduğunu və dolaba kilidlədiyini iddia edib. O, qızının sevgilisi barəsində polisə müraciət edib və Malik məişət zorakılığında təqsirli bilinərək qəzəbli idarəetmə kursları keçməyə məhkum edilib. Həmin vaxt Cici mübahisədə anasının tərəfini tutsa da, zamanla o və Zeyn münasibətlərini normallaşdırıblar. Cici və Zeyn bəzən bayramları ailəvi şəkildə birlikdə qeyd edirlər.

Cici Hadid aktyor sevgilisi Bredli Kuperlə evlənməyə hazırlaşır. Toyun bu il olacağı deyilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
axsam.az

1Mənbələr