Rusiya Kubaya maddi yardım göstərəcək.
Redaktor.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O, Rusiyanın Kuba ilə həmrəy olduğunu və Moskvanın Havanaya maddi yardım edəcəyini söyləyib.
Rusiyalı diplomat artıq maddi yardıma başlanıldığını da bildirib: "Vəziyyətin necə inkişaf etməsindən asılı olaraq, variantlar mümkündür. Lakin hələlik fərdi şəkildə yardım edirik. Biz, yaxın tərəfdaş və müttəfiq olaraq, Havana ilə dərin münasibətləri olan digər BRICS üzvləri, o cümlədən Çin, əlimizdən gələni edirik"
Rusiya XİN başçısının müavini ABŞ-dən "güclü təzyiq" gəldiyini qeyd edib və vurğulayıb ki, yenilənmiş "Monro Doktrinası" çərçivəsində Vaşinqton beynəlxalq hüququn əsaslarını pozan hər hansı qanunsuz vasitəyə əl atmaqdan çəkinməyəcək.
Qeyd edək ki, ABŞ Kubada onsuz da qıt olan bütün yanacaq tədarükünə embarqo tətbiq edib. Vaşinqton Meksika və Venesueladan Kubaya neft tədarükünü dayandırmağa nail olub. Vəziyyəti daha da gərginləşdirmək üçün Amerika administrasiyası Kubaya yanacaq tədarük etməyə cəsarət edən ölkələrdən gələn mallara mütənasib idxal rüsumları tətbiq etmək niyyətində olduğunu da açıqlayıb.
Havanadakı Rusiya səfirliyi Moskvanın tezliklə humanitar yardım kimi neft və neft məhsullarının çatdırılmasına başlayacağını bildirib.