AZ

Mediada Azərbaycan dilinin qorunması ARB24 telekanalında müzakirə olunub (FOTO)

Bakı.Trend:

ARB24 telekanalında Prezident İlham Əliyevin Azərbaycan dilininqorunması ilə bağlı jurnalistlər qarşısında qoyduğu vəzifələrləbağlı monitorinq nəticələrinə uyğun olaraq tədbir keçirilib.

Trend-inməlumatına görə, telekanalın direktoru Radik İsmayılov bildirib ki,ARB 24-də 4 ildir ki, efir daxili monitorinq olunur, problemləraradan qaldırılır.

Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlıjurnalistlərə müraciətindən sonra proses daha da sürətlənib, efirənəzarət gücləndirilib. Radik İsmayılov monitorinqin nəticələriniaçıqlayıb, redaktor heyətini daha diqqətli olmağa çağırıb. İclasdaAzərbaycan dilinin qorunması mövzusunda müzakirələr aparılıb.

Daha sonra monitorinq zamanı aşkarlanan problemləri izah etməkvə aradan qaldırmaq üçün görüləcək işlərlə bağlı kanalın direktormüşaviri, BDU-nun kafedra müdiri Aynur Nəsirovaya söz verilib.Aynur Nəsirova keçirilən monitorinqin nəticələrinə əsaslanantəqdimatda redaktə prosesində diqqət yetirilməli əsas məqamlarbarədə ətraflı məlumat verib.

Bildirib ki, media mətnlərində sözlərin düzgün yazılışı,cümlələrin sadə, aydın və anlaşıqlı qurulması vacib amildir. AynurNəsirova yad terminlərdən yalnız zəruri hallarda və düzgünkontekstdə istifadə olunmasının əhəmiyyətini qeyd edib.

Sonda qərara alınıb ki, səhvlərlə bağlı mütəmadi təlimlər təşkilolunsun.

Mediada
Mediada
Mediada
Məqalədə:
Seçilən
64
7
az.trend.az

10Mənbələr