AZ

Yollarda həyat xilas edən yeni sistem: Zərbəni udur, insanları qoruyur VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda yol hərəkəti təhlükəsizliyi ilə bağlı mühüm yenilik tətbiq olunub. İlk dəfə olaraq Bakı dairəvi yolu üzərində xüsusi zərbə udan təhlükəsizlik baryeri (crash cushion) quraşdırılıb.

Avtosfer.az xəbər verir ki, sözügedən qurğu yol ayrıcında – dəmir məhəccərin ön hissəsində yerləşdirilib və əsas məqsədi qəza zamanı avtomobilin birbaşa sərt baryerə çırpılmasının qarşısını almaqdır.

Bu tip təhlükəsizlik elementləri xüsusilə sürücülərin istiqaməti səhv saldığı və ya nəqliyyat vasitəsinin idarəetmədən çıxdığı hallarda böyük əhəmiyyət daşıyır. Qurğu avtomobilin kinetik enerjisini mərhələli şəkildə udaraq zərbəni zəiflədir. Nəticədə həm sürücü və sərnişinlərin ağır xəsarət alma riskini azaldır, həm də avtomobilə dəyən zərəri minimuma endirir.

Qeyd edək ki, bu cür zərbə udan sistemlər bir çox inkişaf etmiş ölkələrdə uzun illərdir tətbiq olunur və təhlükəli yol qovşaqları üçün effektiv həll hesab edilir. Artıq bu texnologiyanın Bakı yollarında da istifadəyə başlanması yol hərəkəti təhlükəsizliyinin artırılması baxımından mühüm addım kimi qiymətləndirilir.

Fərid

Oxunub 278

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
avtosfer.az

1Mənbələr