AZ

Bələdiyyələrin fəaliyyətində müsbət dinamika müşahidə olunur Vasif Qafarov

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda yerli özünüidarəetmənin şəffaf və hesabatlı təşkili istiqamətində mühüm işlər görülür.

Bakıvaxtı.az xəbər verir ki,  bu sözləri Milli Məclisin  plenar iclasında deputat Vasif Qafarov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə” barədə çıxışı zamanı deyib.

V.Qafarov qeyd edib ki, 2025-ci il ərzində Ədliyyə Nazirliyinə daxil olan 81 min 711 bələdiyyə aktından 79 min 448-i və ya 97,2%-i qanunvericiliyə uyğun olub.

Deputat həmçinin bələdiyyələrin informasiya sistemlərinin inkişafı, elektron sənəd dövriyyəsi və maliyyə hesabatlılığının yaxşılaşdırılmasını müsbət qiymətləndirib.

V.Qafarov vurğulayıb ki, xüsusilə kənd bələdiyyələrinin fəaliyyətində hələ də müəyyən çətinliklər mövcuddur və onların dayanıqlı gəlir mənbələrinin formalaşdırılması, maddi-texniki bazalarının gücləndirilməsi vacibdir.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
112
bakivaxti.az

1Mənbələr