AZ

“Sabah” daha iki oyunçunu göndərir – yeni klubları da bəllidir

Misli Premyer Liqasının lideri “Sabah” iki futbolçusu ilə müqaviləsini pozub.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, Masazır təmsilçisi qapıçı Rüstəm Samiqullin və yarımmüdafiəçi Camal Cəfərovla sözləşməyə xitam verilib.

Hər iki futbolçunun müqaviləsinin sonuna 6 ay qalmışdı. Qarşılıqlı razılıq əsasında onlarla yollar ayrılıb və yeni klub tapmalarına şərait yaradılıb. Müqavilələr indi deyil, 3 gün öncə – “transfer pəncərəsi” bağlanmamış pozulub. Bu gün isə onların getdiyi rəsmi şəkildə açıqlanacaq.

C.Cəfərov “Sabah” akademiyasında yetişib. O, 2021-ci ildən klubdadır. Əvvəllər “Kəpəz”ə icarəyə verilmiş yarımmüdafiəçi tezliklə yenidən Gəncə klubunda peyda olacaq.

R.Samiqull isə 2020-ci ildə “Səbail”dən “Sabah”a keçib. Əsas heytədə yer qazana bilməyən qapıçı ötən mövsümü icarə əsasında “Neftçi”nin düşərgəsində keçirmişdi. İndi isə o, Birinci Liqa təmsilçisi “Cəbrayıl”ın formasını geyəcək.

İdman.Biz
Seçilən
28
2
idman.biz

3Mənbələr