AZ

Pokatilov “Sabah”dan ayrılır?

“Sabah”ın qapıçısı Stas Pokatilov klubunu dəyişməyə yaxındır.

Msporlt.az xəbər verir ki, 33 yaşlı qolkiper klubla müqaviləni uzatmayıb və xarici klublarla danışıqlar aparır.

Onun inamlı çıxışı, eləcə də komandanın turnir cədvəlində lider mövqeyə yüksəlməsi türk klublarının diqqətini cəlb edib. Pokatilov Türkiyə Superliqasında özünü sınamağa hazırlaşır və yeni komanda ilə ilkin razılaşma imzalamağa hazırdır. Qazaxıstanlı futbolçunun “Sabah”la sözləşməsi bu ilin iyununda başa çatır və o, daha sonra azad agent kimi ayrılmaq imkanı qazanacaq.

Qeyd edək ki, 19 turdan sonra “Sabah” çempionatda birinci pillədə qərarlaşıb və ən yaxın izləyicisi “Qarabağ”ı dörd xal qabaqlayır. Pokatilov mövsümün bütün oyunlarında iştirak edib və cəmi 12 top buraxıb.

Seçilən
13
2
msport.az

3Mənbələr