Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin təşkilata üzv dövlətlərin parlament komitələri sədrlərinin 5-ci iclasında bəyanat verib.
Nazir müavini qeyd edib ki, rəsmi Moskva təşkilatın hərbi komponentinin inkişafına xüsusi önəm verir. Planın əsas prioritetləri: Kollektiv qüvvələrin operativ hazırlığının yüksəldilməsi; Qoşunların ən yeni və bir-birinə uyğun gələn silah və texnika ilə təchiz edilməsi; Təşkilatın hava komponentinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsidir.
"Biz təşkilatın güc komponentinin inkişafına mühüm əhəmiyyət veririk. Kollektiv qüvvələrin döyüş potensialının artırılması və onların müasir texnika ilə təmin olunması əsas hədəfimizdir", - deyə Pankin vurğulayıb.
Beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik məsələlərinə həsr olunmuş bu görüş, regiondakı yeni hərbi-siyasi reallıqlar fonunda KTMT-nin vahid güc mərkəzi kimi mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.