AZ

Dayısını 20 bıçaq zərbəsi ilə qətlə yetirən şəxsin məhkəməsi keçirildi - FOTO

Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəməsi başlayıb. 
 
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin (mərhum) hüquqi varisi Qumru Hüseynova ifadə verib. 
 
Onun sözlərinə görə, hadisənin hələ də şokundadır. 
 
"Mən Rəhimdən bu hərəkəti gözləmirdim. Məhkəmədən onun barədə ədalətli hökm çıxarmağını xahiş edirəm".
 
Təqsirləndirilən şəxs isə bildirib ki, dayısına 20 bıçaq zərbəsi vurub. 
 
Məhkəmənin növbəti iclası martın 6-na təyin olunub. 
 
Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib. 
 
Belə ki, 60 yaşlı Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
İkin araşdırmalarla 32 yaşlı Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Seçilən
15
2
moderator.az

3Mənbələr