AZ

Həkim milyonlarla insana təsir edən gizli yuxu problemi barədə xəbərdarlıq edib

“Daily Mirror”un məlumatına görə, ümumi praktika üzrə həkim Xand van Tulleken milyonlarla insanın yuxu apnesindən əziyyət çəkdiyini, lakin çoxunun bundan xəbərsiz qaldığını bildirib.

E-saglam.az xəbər verir ki, mütəxəssis izah edib ki, yuxu apnesi yuxu zamanı hava yolunun tıxanması nəticəsində nəfəsin bir neçə saniyəlik dayanmasıdır. Bunun ilk nəticələri isə yuxu çatışmazlığı, diqqət azalması və davamlı yorğunluqdur. Zaman keçdikcə bu vəziyyət yüksək təzyiq, ürək-damar xəstəlikləri və 2-ci tip diabet riskini artırır.

Həkimin sözlərinə görə, ən narahatedici məqam apnenin illərlə gizli qalması və insanların müalicə almamasıdır. Diaqnostika üçün xoruldamağı qeyd edən cihazlar, eləcə də qanın oksigen səviyyəsini ölçən ağıllı saat və bilərziklərdən istifadə məsləhət görülür. Həmçinin, yaxınların xoruldamaya dair şikayətləri də apnenin əlamətlərindən biri ola bilər.

Ekspert bildirib ki, siqareti və alkoqolu dayandırmaq bir çox insanda apneni tamamilə azalda və ya aradan qaldıra bilər. Bundan əlavə, xüsusi nəfəs maskaları və bəzi hallarda cərrahi müdaxilə də effektiv hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
6
e-saglam.az

1Mənbələr