Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri sərhədin demarkasiya olunmuş hissəsi vasitəsilə Ermənistana gəliblər.
QHT.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Bildirilib ki, fevralın 13-14-də Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa keçiriləcək, burada Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcəklər. Dəyirmi masaya təşəbbüsün əsas iştirakçıları ilə yanaşı, hər iki tərəfdən daha geniş qrup da cəlb olunacaq.
“Armenpress”in yazdığına görə, Azərbaycan nümayəndə heyəti Ermənistana sərhədin demarkasiya olunmuş hissəsi vasitəsilə səfər edib və bu zaman bütün müvafiq prosedurlardan keçib:
“Bu, iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün vacib praktik addımdır.
Müzakirələr zamanı Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri 2025-ci il avqustun 8-də Vaşinqton sammitində təsdiqlənmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər. Ayrı-ayrı sessiyalar regionda formalaşan təhlükəsizlik arxitekturası, sülhün faydaları, iki cəmiyyət arasındakı münasibətlərin ictimai qavrayışı, iqtisadi əməkdaşlıq perspektivləri, həmçinin qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin roluna diqqət yetirəcəklər”.
Azərbaycan tərəfinin iştirakçıları:
Fərhad Məmmədov - Koordinator, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru
Rusif Hüseynov - “Topçubaşov” Mərkəzinin direktoru
Kəmalə Məmmədova – 1news.az onlayn nəşrinin baş redaktoru
Ramil İsgəndərli - Milli QHT Forumunun Şurasının sədri
Fuad Abdullayev - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi
Könül Bədəlova - İqtisadi İslahatlar və Kommunikasiya Təhlili Mərkəzinin tədqiqatçısı
Zaur Şiriyev – “Carnegie” Fondunun Rusiya və Avrasiya Mərkəzinin eksperti
Murad Muradov - “Topçubaşov” Mərkəzinin direktor müavini
Aytən Qəhrəman - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi
Rauf Ağamirzəyev - Nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü
Gülbəniz Qənbərova – “Kənd Qadınları Assosiasiyası” QHT-sinin sədri
Nəzrin Əliyeva - “İnsan Hüquqlarının Dəstəklənməsi Mərkəzi” QHT-nin nümayəndəsi
Eldar Həmzəli - Tədqiqatçı, müstəqil ekspert
Sənan Rzayev - CBC televiziyasının redaktoru və aparıcı siyasi şərhçi
Gülşən Axundova - “Qadın, İnkişaf, Gələcək” QHT-nin sədri
Emin Əliyev - TREND Beynəlxalq Xəbər Agentliyinin baş redaktoru
Orxan Babayev - Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin əməkdaşı
İlyas Hüseynov – Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri
Fuad Ağamalıyev – CBC televiziyasının mühəndis-texniki şöbə müdiri