Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Silahlı Qüvvələrinin döyüş hazırlığını yoxlayıb.
AZƏRTAC Belarusun BelTA informasiya agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı təcili yoxlamanın bir hissəsi olaraq Borisov rayonunda yerləşən 227-ci ümumqoşun təlim poliqonuna gəlib. Lukaşenko əsgərlərlə görüşərək onların hazırlıq səviyyəsi və taktiki bacarıqları barədə məlumat alıb, həmçinin hərbi texnika və əməliyyat hazırlığı ilə maraqlanıb.