AZ

İki məşhur tərəf müqabili oldular

Türkiyəli tanınmış aktirsa Pınar Deniz səhnələrə qayıdır. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa Kıvanç Tatlıtuğun da baş rolda olacağı "Dönence" serialında rol alıb. 

 

Məlumata görə, Pınarın ekran işində hər bölüm başı 3 milyon TL (təxminən 116 600 manat) ödəniş alacağı iddia olunub. 

Serialda Kıvanç Tatlıtuğ "Ali" adlı agenti canlandıracaq, Pınar Deniz isə "Yasemin" obrazı ilə tamaşaçı qarşısına çıxacaq. 8 bölümdən ibarət layihənin çəkilişlərinə mart ayında başlanması planlaşdırılır.

Ayxanım Məlikova 

Seçilən
21
unikal.az

1Mənbələr