AZ

Ölü istifadəçilərin adından sosial mediada paylaşım ediləcək Meta dan YENİLİK

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Meta Platforms" istifadəçilərin ölümündən sonra onların sosial media hesabları adından paylaşım edə bilən süni intellekt texnologiyası üçün patent alıb.

Milli.Az xəbər verir ki, "Business Insider"in məlumatına görə, sistem istifadəçinin paylaşım və şərh vərdişlərini analiz edərək onun davranışını təqlid edən "SNS avatarı" yaradır. Texnologiya həm ölüm hallarında, həm də uzun müddət hesab aktiv olmadıqda istifadə oluna bilər.

Alqoritmlər şərhlər yaza, "bəyənmə"lər qoya, həmçinin yazışmalara qoşularaq mesajlara cavab verə biləcək.

Hazırda Facebook platformasında "İrsi Əlaqə" funksiyası mövcuddur.

Lakin yeni patent etik və hüquqi müzakirələrə səbəb olub.

Fidan

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
news.milli.az

10Mənbələr