AZ

Məktəblərdə Günəş enerjisinə keçid: Səfirdən maraqlı təklif

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Dünya üzrə 12 mindən çox yerli hakimiyyət orqanı Avropa İttifaqının (Aİ) iqlim neytrallığı, dayanıqlılıq və hər kəs üçün ədalətli gələcək vizyonuna uyğun olaraq, enerji və iqlim sahəsində könüllü öhdəliklər qəbul edib".

Oxu.Az-ın Naxçıvana ezam olunmuş müxbirinin məlumatına əsasən, bu fikirləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç "Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsünə həsr olunmuş tədbirdə səsləndirib.

Diplomat vurğulayıb ki, iqlim dəyişikliyi ilə mübarizə aparan və vətəndaşlarına daha yaxşı gələcək qurmağa çalışan Avropanın ən nəhəng yerli hökumətlər hərəkatına daha çox Azərbaycan bələdiyyəsini dəvət etməkdən böyük məmnunluq hissi keçirir:

"Aİ-nin təşəbbüsümüzə qoşulan Azərbaycan bələdiyyələrinə təlimlər, metodoloji dəstək, xüsusi texniki yardım, qabaqcıl təcrübələr, eləcə də təcrübə mübadiləsi və şəbəkələşmə vasitəsilə kömək etməsi məni qürurlandırır. Bütün dünya iqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkir və yerli hökumət orqanları buna qarşı mübarizə aparırlar. Bu kontekstdə Merlər Razılaşması böyük imkanlar yaradır. Bələdiyyələr könüllü şəkildə emissiyaları azaltmaq öhdəliyi götürürlər. Məsələn, məktəblərdə və dövlət müəssisələrində Günəş və külək enerjisindən istifadəyə keçmək olar".

Səfir, həmçinin son illərlə müqayisədə nəqliyyat axınında 20-30 faizlik artım müşahidə olunduğuna diqqət çəkib:

"Biz təmiz və cəlbedici şəhərlər yarada bilərik. Məqsədimizə məhz Merlər Razılaşması vasitəsilə çatmaq mümkündür. Ümid edirəm ki, bu razılaşmaya qoşulmaq arzusunda olan şəhərlərin sayı getdikcə artacaq".

Məlik Məlikov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
oxu.az

1Mənbələr