AZ

"MyGov"da YENİLİK

"MyGov" platforması artıq ölkədə fəaliyyət göstərən əsas informasiya resursları və dövlət sistemləri ilə tam inteqrasiya olunub.Bu sadəcə elektron portal yox, vahid platformaya çevrilir. 

Milli.Az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov məlumat verib.

O bildirib ki, qanunvericiliyin tələblərinə uyğun şəkildə vahid giriş mexanizmi mərkəzləşdirilmiş formada müxtəlif dövlət qurumlarının informasiya sistemlərinə qoşulur. Son dövrlərdə 100-dən artıq yeni dövlət və özəl sistem "MyGovID" platformasına inteqrasiya edilib. Həmçinin "MyGovID" ilə "MyGov" arasında əlaqə daha da təkmilləşdirilib ki, bu da vətəndaşlar üçün elektron xidmətlərə çıxışı daha rahat və əlçatan edib. Gələcəkdə dövlət xidmətləri ayrı-ayrı proqramlarda deyil, vahid platformada olacaq. 

Platforma vasitəsilə vətəndaşlar hər gün müxtəlif informasiya sistemlərinə və elektron resurslara keçid imkanı əldə edirlər. Təhlükəsizlik məsələləri də prioritet olaraq saxlanılıb, istifadəçi adı və şifrələrin qorunması üçün iki faktorlu autentifikasiya mexanizmləri tətbiq edilərək müvafiq kanallara inteqrasiya olunub.

O, həmçinin qeyd edib ki, ötən il "MyGov" platformasının istifadəçi bazası əhəmiyyətli dərəcədə genişlənib. 2025-ci il ərzində 1 milyondan çox yeni istifadəçi qeydiyyatdan keçib və ümumi istifadəçi sayı 2 milyonu aşaraq 2,3 dəfə artım göstərib. Hazırda ay ərzində ən azı bir dəfə aktiv şəkildə platformaya daxil olanların sayı 1 milyondan çoxdur. İl ərzində rəqəmsal sənədlərdən istifadə halları 2 milyonu keçib, vətəndaşlar isə 360-dan artıq xidmət üzrə müraciət ediblər.

Asya
Milli.Az 
Seçilən
1
milli.az

1Mənbələr