AZ

644 bələdiyyə aktı ləğv edilib

2025-ci ildə inzibati nəzarət orqanına daxil olmuş 81 711 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib və onların 97,2%-nin qanunvericiliyə uyğun olduğu müəyyən edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət orqanının 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı məlumat verib.

O bildirib ki, normativ hüquqi aktların tələblərinə zidd olan aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib.

“Bu təkliflər nəticəsində 644 akt ləğv edilib, 950 akt dəyişdirilib. Bələdiyyələr tərəfindən təmin edilməyən 7 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb. Xüsusilə torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı aktların ləğvi nəticəsində 3 min hektardan çox torpaq sahəsi, o cümlədən 2 057 hektar örüş sahəsi bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılıb”, – deyə Toğrul Hüseynov əlavə edib.


Telegram kanalımız
Seçilən
39
9
yenisabah.az

10Mənbələr