AZ

Cənubi Karolina Universitetində baş verən atışmada iki nəfər ölüb

Bakı, 13 fevral, AZƏRTAC

ABŞ-ın Cənubi Karolina Universitetin kampusunda baş verən atışmada iki nəfər ölüb, ən azı bir nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, “Fox News” telekanalının yaydığı məlumata görə, hadisə dünən axşam saatlarında “Hugine Suites” yaşayış kompleksində baş verib.

Universitetdə yerli vaxtla təxminən saat 21:15-də (Bakı vaxtı ilə saat 5:15) hələ də qüvvədə olan təcrid rejimi elan olunub. İstintaqı Cənubi Karolina hüquq-mühafizə orqanları (SLED) aparır.

Universitetdə cümə günü dərslər ləğv edilib və tələbələrə psixoloji yardım göstərilir. Atışmanın kim tərəfindən törədildiyi və cinayətin motivi barədə məlumat hələlik açıqlanmayıb.

Seçilən
22
1
azertag.az

2Mənbələr