AZ

Liderlərin oyununda qalmaqallı epizod - VİDEO

Ötən gün Azərbaycan Birinci liqasında liderlər“Səbail” və “Şəfa” arasında keçirilən matç qalmaqalla yadda qalıb. 

"Cebheinfo.az" xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçın 90+3-cü dəqiqəsində baş hakim Rəşad Əhmədov meydan sahiblərinin qapısına penalti təyin edib. 

O, topun “Səbail”in kapitanı Yusif Nəbiyevin əlinə dəydiyini bildirərək 11 metrlik nöqtəni göstərib. 

Lakin laysman Mirnihad Seyidovun müdaxiləsindən sonra penalti ləğv edilib. Yan xətt hakimi baş hakim R.Əhmədova topun ələ dəymədiyini bildirib. 

Referi də qərarını dəyişib. 

"Cebheinfo.az"

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr