AZ

Ançelotti heç yerə getmir

style='margin-bottom:10px;'>

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti yeni müqavilə imzalamağa yaxındır.

QOL.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

İtaliyalı mütəxəssis Braziliya Futbol Konfederasiyası ilə 4 illik yeni sözləşmə bağlayacaq. Bildirilir ki, sənədlər hələ rəsmi şəkildə imzalanmasa da, tərəflər arasında razılıq əldə olunub və bu məsələ artıq formal xarakter daşıyır.

Xatırladaq ki, Ançelotti 2025-ci ilin may ayından Braziliya yığmasına rəhbərlik edir. Onun komandası bu müddətdə keçirdiyi 8 oyunda 4 qələbə qazanıb, 2 heç-heçə edib və 2 məğlubiyyətlə üzləşib. Ançelottinin hazırkı müqaviləsi isə DÇ-2026-nın sonuna qədər idi.

Təcrübəli çalışdırıcı daha əvvəl İtaliya və Avropanın bir sıra nəhəng klublarında – “Milan”, “Real Madrid”, “Yuventus”, PSJ, “Bavariya”, “Everton” və “Napoli”də baş məşqçi kimi fəaliyyət göstərib.

Seçilən
31
1
teleqraf.com

2Mənbələr