AZ

Ukraynada hərbi vəziyyət ləğv edilir?

Ukraynada  seçkilər naminə hərbi vəziyyəti  ləğv edilə bilər.  Etibarlı mənbədən RBC-Ukraine-a bildiriblər ki, Ukrayna prezident seçkiləri keçirmək üçün hərbi vəziyyəti ləğv etməli ola bilər.Nəşrin məlumatına görə, Kiyev əvvəlcə prezident seçkilərini hərbi vəziyyət dövründə keçirməyi planlaşdırırdı. Lakin hakimiyyət hələ də buna necə nail olacağını bilmir.

Nəşrin seçkilərə hazırlıq üzrə işçi qrupundakı mənbələrindən biri bildirib ki, üzvləri "hərbi vəziyyət dövründə seçkilərin keçirilə bilməyəcəyi" barədə razılığa gəliblər. Buna görə də, başqa bir mənbə qeyd edib ki, hərbi vəziyyətin ləğv edilməsi ehtimalı var.

"Əlbəttə ki, hərbi vəziyyət ləğv edilməli olacaq, amma biz başqa bir "tənzimləmə" hazırlamalıyıq. Səfərbərlik də daxil olmaqla, hərbi vəziyyətlə bağlı çox şey var. Əgər onu qəfil ləğv etsək, hər şey dağılacaq", - deyə o bildirib.

RBC-Ukrayna xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) da Ukraynada hərbi vəziyyət dövründə seçkilərin keçirilməsinin mümkünsüzlüyünü dəstəkləyib. İşçi qrupu qeyd edib ki, bu mövqe onların mövqeyini "möhkəmləndirir".

İşçi qrupundakı mənbələrdən biri izah edib ki, "İşçi qrupu ilk seçkinin prezident seçkisi olması ilə razılaşıb - məntiq budur ki, onu keçirmək sadəcə daha asandır. Vaxt belə görünə bilər: prezident seçkiləri hərbi vəziyyət bitdikdən bir ay sonra elan ediləcək, ardınca altı aylıq hazırlıq və seçki prosesinin özü üçün 90 gün vaxt veriləcək". Nəşr yazır ki, bu vaxt "təxmini"dir, çünki bu, birbaşa hərbi vəziyyətin ləğv olunma tarixindən asılıdır. RBC-Ukrayna-nın məlumatına görə, hərbi vəziyyətin may ayında ləğv edilə biləcəyi və bu halda seçkilərin 2026-cı ilin payızında keçirilə biləcəyi barədə şayiələr yayılır.

Seçilən
34
news365.az

1Mənbələr