AZ

Mariyana Kuyundziç: "Aİ Azərbaycanın Merlər Razılaşmasına qoşulmuş bələdiyyələrini dəstəkləyir"

Avropa İttifaqı (Aİ) Azərbaycanın Merlər Razılaşmasına qoşulmuş bələdiyyələrini xüsusi texniki yardım, qabaqcıl təcrübələr, şəbəkələşmə və məlumatlılığın artırılması vasitəsilə dəstəkləyir.

"Report"un Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Avropa Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç "Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsü ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, iqlim və enerji sahəsində konkret nəticələrin əldə olunmasında şəhərlərin xüsusi rolu var: "Bu mənada bələdiyyələri bu təşəbbüsə qoşulmağa dəvət edirəm. Azərbaycanın daha çox bələdiyyəsini iqlim dəyişikliyi ilə mübarizə aparan və vətəndaşları üçün daha yaxşı gələcək təmin etməyə çalışan Avropanın ən böyük yerli hökumətlər hərəkatına qoşulmağa dəvət etməkdən məmnunam. Artıq təxminən 12 000 yerli hakimiyyət orqanı Aİ-nin iqlim baxımından neytral, dayanıqlı və hər kəs üçün ədalətli gələcək vizyonuna uyğun olaraq enerji və iqlim sahəsində könüllü öhdəliklər götürüb".

Səfir vurğulayıb ki, Aİ Azərbaycanın Merlər Razılaşmasına qoşulmuş bələdiyyələrini təlimlər və metodolojı dəstək, xüsusi texniki yardım, qabaqcıl təcrübələr, eləcə də təcrübə mübadiləsi, şəbəkələşmə və məlumatlılığın artırılması vasitəsilə dəstəkləyir.

Qeyd edək ki, Merlər Razılaşması Şərq Tərəfdaşlığı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşəbbüsdür və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada yerli və regional özünuidarəetmə orqanlarına dayanıqlı enerji və iqlim siyasətlərinin hazırlanması və icrasında dəstək göstərir.

Azərbaycanda təşəbbüsə ilk qoşulan bələdiyyə 2012-ci ildə İçərişəhər bələdiyyəsı olub. Daha sonra ölkədə Gəncə, Quzanlı, Horadiz, Xırdalan, Mingəçevir, Şamaxı, Şəki və Yevlax bələdiyyələri də Merlər Razılaşması Şərq Tərəfdaşlığı təşəbbüsənə qoşularaq fəal üzvlərə çeviriliblər.

Merlər Razılaşması Şərq Tərəfdaşlığı, Qlobal Merlər Razılaşması ailəsinin tərkib hissəsidir. Bu qlobal təşəbbüs şəhərlərin iqlim liderliyi üzrə dünyanın ən böyük alyansıdır və 13 500-dən çox şəhər və yerli hakimiyyət orqanının öhdəlikləri üzərində qurulub.

Seçilən
110
5
far.az

6Mənbələr