AZ

Flik karyerasında 21 ildən sonra bu aqibəti yaşadı

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik 20 ildən çox davam edən karyerasının ən ağır məğlubiyyətini alıb. 

Fanat.Az xəbər verir ki. bu, İspaniya Kubokunun yarımfinalının ilk oyununda "Atletiko Madrid"lə (0:4) matça təsadüf edib.

Alman məşqçi sonuncu dəfə 2005-ci ildə, "Hoffenhaym"ı çalışdırdığı dövrdə dörd qol fərqi ilə məğlub olmuşdu. Onun komandası Almaniya regional liqa matçında "Kikkers Offenbax"a 2:6 hesabı ilə uduzmuşdu.

Flik 2024-cü ilin yayından bəri "Barselona"ya rəhbərlik edir. Onun rəhbərliyi altında "Blaugrana" La Liqada liderdir. 

"Atletiko" ilə kubokun cavab oyunu martın 3-də keçiriləcək.

Seçilən
127
fanat.az

1Mənbələr