AZ

Toğrul Hüseynov: Bələdiyyələr icra sənədlərini elektron qaydada icraya yönəldir

BAKI, 13 fevral. TELEQRAF

“Azərbaycan Respublikasının 16 may 2025-ci il tarixli müvafiq Qanunu ilə Mülki Prosessual Məcəlləyə və “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemi vasitəsilə icraya yönəldə bilirlər”.

Teleqraf xəbər verir ki, bu sözləri ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ciil üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı deyib.

“Bu məqsədlə bələdiyyələr üçün “Elektron icra” informasiya sistemində elektron kabinetlər yaradılıb və sənədlərin həmin kabinet vasitəsilə operativ şəkildə icraya göndərilməsi imkanı təmin olunub”.
Nazir müavini qeyd edib ki, 2025-ci il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9696 inzibati akt icra məmurları tərəfindən icraata qəbul edilib.

Seçilən
61
3
teleqraf.com

5Mənbələr