Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib ki, fevralın 13-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən yanğınla əlaqədar səkkiz nəfər şəxs (iki kişi, altı qadın) tüstüdən zəhərlənmə səbəbi ilə KTM-in Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
"Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən hamısı ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda vurğulanıb.
Qaradağda yaşayış binasındakı yanğın zamanı tüstüdən zəhərlənənlərin son vəziyyəti - VİDEO
Əzizə İsmayılova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.