"Barselona" 37 il sonra ilk dəfə "Atletiko"ya 4 top fərqi ilə uduzub.
QOL.az xəbər verir ki, bu, ötən gecə İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində qeydə alınıb. "Atletiko" görüşdə 4 cavabsız qolla qələbə qazanıb.
Son dəfə belə göstərici 1989-cu ildə qeydə alınmışdı.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı Mərkəzi Avropa vaxtı ilə 4 mart saat 21:00-da, Bakı vaxtı ilə 5 mart saat 00:00-da start götürəcək.