Trend xəbər verir ki, bu barədə RMF24 radiostansiyasına istinadən məlumat yayılıb.
Hadisə Leççe vilayətinin Torre-Lapillo yaşayış məntəqəsində qeydə alınıb. Yerli sakin təsadüfən içində 20 ədəd qızıl külçə olan metal qabı tullantı konteynerinə atıb.
Məlumata görə, kişi uzun illər ərzində qiymətli metala investisiya edərək təxminən 120 min avro (təxminən 242 min manat) dəyərində kapital toplayıb. O, qızılların itdiyini yalnız bir gün sonra anlayaraq dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.
Polis araşdırma zamanı konteynerlərin artıq Ucento poliqonuna daşındığını müəyyən edib. Orada təşkil olunan axtarış əməliyyatı nəticəsində qızıl külçələr olan qab tapılaraq sahibinə qaytarılıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31