ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
İki gün ərzində Kəlbəcərə yağan qar şəhər ərazisində bəzi yerlərdə 30-40 sm təşkil edib. Hazırda Kəlbəcər rayonu ərazisində yağıntı müşahidə olunmur.
Axar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.
Bildirilib ki, əsas avtomobil yollarında qar örtüyünün qalınlığı 1-3 sm təşkil edir.
"Cari saata olan məlumata əsasən havanın temperaturu +3°C-dir. Günün ikinci yarısında temperaturun +8°C-dək yüksələcəyi proqnozlaşdırılır”.
Qeyd edək ki, yağan qar kəlbəcərli uşaqların ürəyincədir. Onlar qarlı yollarda xizək yarışı keçirir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.