Aktyor Elcan Rəsulov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, onun futbolçumuz Nəriman Axundzadə ilə bağlı etdiyi zarafat izləyicilərin marağına səbəb olub.
Sənətçi süni intellekt vasitəsilə ABŞ-də forma geyinən L. Messi ilə fotosunu paylaşaraq Nərimana görə "ağız açdığını" bildirib. O, paylaşımına belə bir qeyd əlavə edib:
"Nərimana görə mən ağız açmışdım, gözləyirdim ki, alınsın, sizə deyim."