AZ

Azərbaycan çempionatında tay-brek günü

style='margin-bottom:10px;'>

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib. 

QOL.az xəbər verir ki, 1/8 finalda keçirilən iki partiyanın nəticəsinə əsasən Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Read Səmədov, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı növbəti mərhələyə yüksəlib.

Rauf Məmmədov-Şiroğlan Talıbov və Xaqan Əhməd-Nicat Abasov cütlüyündə qalib bu gün baş tutacaq tay-brekdə məlum olacaq. 

Qadınların yarışında Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova 1/4 finala vəsiqə qazanıb. Gövhər Beydullayeva-Nərmin Abdinova qarşılaşmasında növbəti mərhələyə vəsiqənin taleyi tay-brekdə müəyyənləşəcək.  

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. 

“Landmark” Biznes Mərkəzində təşkil olunan Azərbaycan çempionatında partiyalar hər gün saat 15-00-da başlayır.

Seçilən
17
8
teleqraf.com

10Mənbələr