AZ

Ötən il Azərbaycan elektrikli avtomobil idxalını azaldıb

Banco.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2025-ci ildə 2 028 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkənin elektromobil idxalının dəyəri isə 62 milyon 486 min dollar olub. 2025-ci ildə elektromobil idxalı 2024-cü illə müqayisədə miqdar baxımından 999 ədəd, dəyər ifadəsində isə 59 milyon 120 min dollar və ya 48,6% azalıb.

Xatırladaq ki, 2024-cü ildə idxal edilən elektromobillərin sayı 3 027 ədəd, dəyəri 121,6 milyon dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
banco.az

2Mənbələr