AZ

Əfqanıstanda zəlzələ nəticəsində üç nəfər yaralanıb

Əfqanıstanın şimalında baş verən 4,5 maqnitudalı zəlzələ nəticəsində üç nəfər yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 02:42-də baş verib, episentri Səməngan vilayətinin Xulm rayonunda yerləşib. Yeraltı təkanlar qonşu Balx, Səməngan, Fariab, Cauzcan və Sar-e-Pul vilayətlərində hiss olunub.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.

Seçilən
130
far.az

1Mənbələr