AZ

Rahim Sterlinqin yeni klubu rəsmən açıqlandı

Dördqat İngiltərə çempionu Rahim Sterlinq karyerasını Niderlandda davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçu "Feyenoord"la müqavilə imzalayıb. 

Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb. Ulduz futbolçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. 

Sterlinqin son klubu "Çelsi"dir. London klubu 28 yanvarda onun müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv olunduğunu elan edib. 

Rahim Sterlinq əvvəllər "Arsenal", "Liverpul" və "Mançester Siti"də oynayıb və bu klublarla birlikdə dörd dəfə Premyer Liqanın qalibi olub. 

22 turdan sonra "Feyenoord" Niderland çempionatının turnir cədvəlində 42 xalla 2-ci yerdədir və lider PSV-dən 17 xal geri qalır.

Seçilən
9
fanat.az

1Mənbələr