AZ

Tramp Qəzza üçün milyardlarla dollarlıq plan təqdim edəcək

ABŞ prezidenti Donald Trump gələn həftə keçiriləcək Sülh Şurasının ilk rəsmi iclasında Qəzza zolağının yenidən qurulması üçün milyardlarla dollarlıq plan açıqlayacaq.

QHT.az xəbər verir ki, 19 fevralda baş tutacaq iclasda ən azı 20 ölkənin iştirakı gözlənilir və plana beynəlxalq sabitləşdirmə qüvvələri üçün minlərlə əsgərin ayrılması da daxildir. Sülh Şurası Trampın Qəzza münaqişəsinə son qoymaq təşəbbüsünün tərkib hissəsidir və onun yaradılması 2026-cı ilin yanvarında elan edilib. Bu arada, Benjamin Netanyahu-nun ofisi baş nazirin gələn həftə ABŞ-a qayıtmayacağını açıqlayıb.

 

R.İmanov

Seçilən
100
qht.az

1Mənbələr