AZ

Lavrov keçmiş sovet respublikalarını təhdid edib

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

ABŞ vitse-prezidenti Di Vensin Cənubi Qafqaza – Ermənistan və Azərbaycan səfəri, müvafiq Saziş və Xartiya imzalanmasından sonra Rusiyadan gələn rəsmi açıqlamalar, Moskvanın regionla bağlı panik bir vəziyyəti kimi təqdim olunsa da, əslində Moskva soyuqqanlı şəkildə yeni qlobal strateji planın icrasına keçid cəhdi edir.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov dərhal "Rusiya MDB ölkələrində rus dilinin öyrənilməsini təşviq edəcək" tezisi ilə çıxış edərək birbaşa keçmiş sovet respublikalarına təhdid edib. Zatən məlumdur ki, Rusiya rus dilindən həmişə siyasi alət vasitəsi kimi istifadə edib. Rusiyanın Moldovadan Dnestryanı, Gürcüstandan Abxaziya və Osetiyanı, Ukraynadan Krımı və hazırki davam edən müharibə məhz rusdilli əhalinin müdafiəsi adı altında həyata keçirilib. Nəhayət, Rusiya Azərbaycanın Vətən müharibəsindən sonra Xankəndinə öz sülhməramlılarını yerləşdirən kimi, Qarabağda rus icması yaratmağa və rus dilinin "ikinci dövlət dili" kimi tətbiqinə başlamışdı. Söz yoxdur ki, Lavrovun da indi MDB ölkələrində rus dilinin öyrənilməsini təşviq edəcək fikri, ənənəvi açıq işğalçılıq hərbi-siyasi xəttin davamıdır:

"Di Vensin Ermənistan səfəri və razılaşmaları bir növ fürsət kimi Moskvanın sərt ritorikasını postsovet məkanından çıxararaq qlobal müstəviyə keçirməyə imkan verdi. Lavrovun “Qrenlandiya hərbiləşərsə, Rusiya müvafiq hərbi tədbirlər görəcək” və “Alyaskadan Rusiya qoxusu gəlir” açıqlamaları Kremlin siyasi-hərbi strategiyasının müxtəlif istiqamətlərini bir gedişdə birləşdirmək, onu bir "həmlə" həll istəyi kimi görünür. Ukraynada üstünlük qazana bilməyən Rusiyanın ABŞ-a meydan oxuması inandırıcı görünmür və bu ritorikanın razılaşdırılmış xarakteri hiss olunur".

Cavid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
icma.az

1Mənbələr